2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Jack Teixeira ABŞ-ın məxfi sənədlərini sızdırdığı iddiası ilə saxlanılıb

2023-04-13 22:57:58

class=”medianet-inline-adv”>

ABŞ-da məxfi sənədləri internetə sızdıran şəxs saxlanılıb. Ukrayna-Rusiya Müharibəsi də daxil olmaqla bir çox aktual mövzuda ABŞ Müdafiə Nazirliyinə aid “həssas və yüksək məxfi materiallar” sənədlərini sızdırdığı iddia edilən 21 yaşlı Cek Teyşeyra FTB-nin təşkil etdiyi əməliyyatda Massaçusetsdə saxlanılıb.ABŞ mətbuatı Teyşeyranın Air Massaçu Milli Kəşfiyyat İdarəsinin zabiti olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

MƏXfi SƏNƏD SIZMALARI

Sızdırılan sənədlərin ilk dəfə fevral və mart aylarında Discord və Telegram sosial media platformalarında paylaşıldığını, lakin bu yaxınlarda fərq edildiyini bildirən ABŞ rəsmiləri, Müdafiə Nazirliyi daxilindəki potensial cinayətkarların sızma ilə bağlı araşdırma çərçivəsində mikroskop altında olduğunu bildirdilər. Sənədlərin ABŞ kəşfiyyat sisteminə çıxışı olan biri tərəfindən ələ keçirildiyini və sızdırıldığını qeyd edən səlahiyyətlilər, bəzi məzmunların ABŞ-ın ən yaxın kəşfiyyat tərəfdaşları ilə belə paylaşılmadığına dair işarələrin olduğunu bildirdi.

Aprelin 7-də internetə sızan sənədlər arasında Rusiya-Ukrayna müharibəsi, rusiyalı muzdlu şirkət “Vaqner”in Afrikadakı əməliyyatları, İsrailin Ukraynaya silah yardımı yolları, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rusiya ilə əlaqələri ilə bağlı gizli sənədlərin olduğu görülüb.

Digər tərəfdən, səlahiyyətlilər xəbərdarlıq edib ki, Ukraynadakı müharibə ilə bağlı sızdırılan sənədlər real görünsə də, bəziləri dəyişdirilib. Sızdırılan sənədlərdən birində 16.000-17.500 rus əsgərinin öldürüldüyü göstərilsə də, ABŞ müdafiə rəsmilərinə görə, Rusiyanın 200.000-dən çox itki verdiyi açıqlandı.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button