Loading...
Loading...
Gündəm

Jurnalist yazıya görə 500 manat cərimələndi

Prokurorluq hesab edib ki, “Xankəndidən Şuşa şəhəri atəşə tutuldu” başlıqlı yazı insanlarda narahatlıq yaradıb

“Jamaz.info” saytının redaktoru Fikrət Fərəməzoğlu 500 manat cərimələnib. Sabunçu Rayon Məhkəməsi yanvarın 12-də onun haqqında qərar çıxarıb.

Jurnalist özü bu barədə “Facebook” səhifəsində məlumat paylaşıb.

F.Fərəməzoğlunun sözlərinə görə, yanvarın 11-də “jamaz.info” saytında yayımlanan “Xankəndidən Şuşa şəhəri atəşə tutuldu” başlıqlı yazıya görə onu Respublika Prokurorluğuna çağırıblar: “Prokurorluq belə qənaətə gəlib ki, həmin yazı cəmiyyətin müəyyən təbəqəsində çaşqınlıq yaradıb, müəyyən qisim narahat olub və qorxu keçirib. Təbii ki, bu iddianı qəbul etmədim və uzun sürən müzakirədən sonra hər birimiz öz mövqeyimizdə qaldıq. Nəhayət, prokurorluq hesab etdi ki, mən İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsini pozmuşam və məhkəmə bununla bağlı qərar verməlidir”.

Jurnalist yazır ki, Sabunçu Rayon Məhkəməsinə gətirilib və hakim Anar Rzayevin sədirliyi ilə proses keçirilib. Hakimin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi üzrə təqsirli hesab olunub və 500 manat cərimələnib.

“Şübhəsiz, qərardan apelyasiya şikayəti verəcəm”,-deyə jurnalist bildirib.

Jurnalist Fikrət Fərəməzoğlu 2017-ci ildə Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb edib xeyli miqdarda vəsait və ya əmlak əldə etmə) maddəsilə ittiham olunuraq 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Bir il sonra onun cəzası 6 ilə endirilib. 

O, 2019-cu ildə isə əfv olunub.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button