2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Kəlmeyi-şəhadəti deyib oturmuşuq” – Neftçinin son sözü

Bu gün Xəzərdə baş verən faciədə həlak olan neftçi İlham Qafarovun meyiti axşam 19 radələrində dənizdən sahilə çıxarılıb.

24saat.org-un Lent.az-a istinadən məlumatına görə, mərhum neftçinin ailəsi onun cənazəsini qarşılamaq üçün Sahil qəsəbəsinə – limana gedib.

Saytların yığılması Saytlarin yigilmasi

Dənizə düşən 10 nəfərdən meyiti tapılan yeganə neftçi olan İ.Qafarovun ailəsi ilə son söhbətinin də məğzi məlum olub. Qəza baş verməzdən əvvəl həyat yoldaşı ilə danışan İ.Qafarov ona belə deyib: “Külək aləmi dağıdır. Kəlmeyi-şəhadəti deyib, oturmuşuq. Gözləyirik”.

O da məlum olub ki, İ.Qafarovun qardaşı da dənizçidir və onlar birgə işləyirlər. Xoşbəxtlikdən Davud Qafarov faciə zamanı xilas ola bilib. Hazırda o, qardaşının nəşi ilə birlikdə sahilə yanaşır.

 

“Kəlmeyi-şəhadəti deyib oturmuşuq”  -  Neftçinin son sözü...
“Kəlmeyi-şəhadəti deyib oturmuşuq”  -  Neftçinin son sözü...
“Kəlmeyi-şəhadəti deyib oturmuşuq”  -  Neftçinin son sözü...

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button