2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Kanada ilə gərginlik artır… Hindistan indi viza prosedurlarını dayandırıb

class=”mediyanet-inline-adv”>

Hindistanda separatçı siqh təşkilatı olan Xalistan Azadlıq Qüvvələrinin (KLF) lideri Hardeep Singh Niccarın Kanadada öldürülməsindən sonra iki ölkə arasında başlayan diplomatik böhran böyüyür. Hindistan Kanada vətəndaşları üçün viza xidmətlərini dayandırıb. Kanadada Hindistan vizası müraciətlərini qəbul edən səlahiyyətli təşkilat BLS İnternational tərəfindən edilən açıqlamada, “21 Sentyabr 2023-cü il tarixindən etibarən Hindistan viza xidmətləri növbəti xəbərdarlığa qədər dayandırıldı” ifadə edildi. Hindistan Xarici İşlər Nazirliyindən hələlik heç bir açıqlama verilməyib.

NƏ OLUB?
Kanadanın baş naziri Castin Trüdo bu yaxınlarda İcmalar Palatasındakı çıxışında bildirib ki, separatçı siqh təşkilatı KLF-nin lideri Niccarın qətlinin arxasında Hindistan dövləti dayana bilər. Kanada kəşfiyyatının “etibarlı” dəlillər əldə etdiyini və Hindistan hökuməti ilə Niccarın ölümü arasında əlaqənin olduğunu vurğulayan Trudeau, “Kanada torpaqlarında Kanada vətəndaşının öldürülməsində hər hansı bir xarici hökumətin əli olması qəbuledilməz suverenliyin pozulmasıdır. “
Daha sonra Ottava administrasiyası hindistanlı diplomat Pavan Kumar Raini deportasiya edib, Kanadanın baş naziri Trüdonun iddialarını rədd edən Hindistan rəhbərliyi isə yüksək səviyyəli kanadalı diplomatı deportasiya etmək qərarına gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

class=”mediyanet-inline-adv”>

TERROR SİYAHISINA ƏLAVƏ OLUNUB
Hindistandakı Xalistan Azadlıq Qüvvələrinin (KLF) lideri və eyni zamanda Kanada vətəndaşı olan 45 yaşlı Nijjar iyunun 18-də Kanadanın Britaniya Kolumbiyasında öz avtomobilində maskalı şəxslər tərəfindən öldürülüb. Təşkilat 1987-ci ildən bəri Hindistandakı hərbi və diplomatik nümayəndəliklərə hücumları ilə tanınsa da, lideri Niccar Hindistan tərəfindən terrorçular siyahısına əlavə edilib.

2023-09-21 14:31:25

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button