2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Kanal 13”-ün rəhbəri barədə həbs qərarı çıxarıldı

“Kanal 13” onlayn televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 28-də Səbail Rayon Məhkəməsi qərar çıxarıb. 

Ə. Orucov Cinayət Məcəlləsinin 188.2 maddəsi (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) üzrə ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, noyabrın 27-də  polis Əziz Orucovun evində, ofisində və avtomobilində axtarış aparıb. Vəkil Bəhruz Bayramovun sözlərinə görə, Orucov ittihamı qəbul etməyib və ittihamın jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

“Kanal 13” rəhbərinin saxlanılması Azərbaycan- ABŞ münasibətlərinin pisləşməsindən və “Abzas Media”-nın direktoru, direktor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button