2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Keçmiş Papa 16-cı Benedikt vəfat edib

2022-ci ilin son günündə , dekabrın 31-də Papa XVI Benedikt 95 yaşında Vatikanda vəfat edib. Bu barədə şənbə günü Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Təəssüflə bildiririk ki, Papa XVI Benedikt bu gün saat 9.34-də Vatikanın Mater Ekklesia monastırında vəfat edib”, – məlumatda deyilir.

XVI Benedikt Roma Katolik Kilsəsinin tarixində ən uzunömürlü papa sayılır.

XVI Benedikt (Cozef Ratzinger) 1927-ci ildə Almaniyada anadan olub. İkinci Dünya Müharibəsinin iştirakçısı olub, sonra ilahiyyatı öyrənib.

O, 2005-ci ildə II İohann Pavelin ölümündən sonra Roma Papası seçilib və ardıcıl ikinci qeyri-İtalyan Papa olub. Benediktin pontifikatı katolik keşişləri arasında pedofiliya halları ilə bağlı bir sıra qalmaqalların kölgəsində qalıb.

2013-cü ilin fevralında o, həm də 500 ildən artıq müddətdə könüllü olaraq istefa verən ilk Papa olub. O, istefasının səbəbini səhhətindəki problemlərlə əlaqələndirib.

İstefa verdikdən sonra “təqaüdçü papa” fəxri adını alan XVI Benedikt ömrünün sonuna qədər Vatikanın keçmiş Mater Ecclesiae (“Ana kilsəsi”) monastırında yaşayıb, nadir hallarda ictimaiyyət qarşısına çıxıb.

Vatikan bir neçə gün əvvəl XVI Benediktin səhhətinin pisləşdiyini bildirib. Daha sonra Papa Fransisin sələfini ziyarət etdiyi bildirilib.

Vatikan bəyan edib ki, XVI Benediktin dəfn mərasimi yanvarın 5-də baş tutacaq və mərasimə hazırkı Papa Fransisk rəhbərlik edəcək.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button