Loading...
Loading...
ÖLKƏSiyasət

Kiyevdə partlayış səsləri eşidilir, Putindən ‘xüsusi’ əməliyyat göstərişi

Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur

Kiyevdə və Ukraynanın digər şəhərlərimdə partlayış, atışma səsləri eşidilir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “hərbsizləşdirilməsi” üçün “xüsusi əməliyyat” elan edib.

Bu, 2-ci Dünya müharibəsindən sonra Avropada ən böyük savaş ola bilər.

Yanvarın 24-də Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur.

CNN canlı yayımda paytaxt Kiyevin müxtəlif yerlərində partlayışların baş verdiyini göstərir. “Reuters” bir şahidə istinadla Kiyevdə partlayışlar eşitdiyini xəbər verir.

CNN azı yeddi şəhərdə partlayışlar olduğunu xəbər verir.

Kiyevin əsas Borispol aeroportu yaxınlığında atışma eşidilir.

“Interfax” yerli mediaya istinadla Rusiyanın əməliyyat elan etdiyini yazır.

İndilik, yaralılar, itkilər haqda məlumat yoxdur. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü artıq tammiqyaslı işğalın başlandığını bildirib.

24 saat” “
Kiyevdə partlayış səsləri eşidilir, Putindən ‘xüsusi’ əməliyyat göstərişi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button