2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Köhnə dərdləri təzələyən yeni kino qanunu

Keçən ilin aprel ayından mətbuatda kino haqqında yeni qanunun qəbul olunması ilə bağlı fikirlər dolaşırdı. Milli kinomuz haqqında yeni qanuna ehtiyac duyulduğu ilk dəfə deputat Rafael Hüseynovun dilindən səslənmiş, noyabr ayında da Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılmışdı.
Yeni qanuna yaranan zərurəti də onunla əlaqələndirmişdilər ki, “kino sahəsində qüvvədə olan qanun 1998-ci ildə qəbul olunub, o vaxtdan Azərbaycan xeyli inkişaf yolu keçib və o üzdən yeni qanun layihəsinə ehtiyac var.”

Müzakirəyə çıxarılan yeni layihədə əvvəlki qanundan fərqlənən xüsusi bəndlər var. O bəndlərə görə “milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad edilir.” Eyni zamanda, “milli film istehsalçılarının müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.” Yeni layihədə nəzərdə tutulan mühüm müddəalardan biri də film komissiyalarının yaradılmasıdır.
Amma ortaya çıxan layihə heç də kino mütəxəssislərinin ürəyincə deyil. Kino sahəsində illərlə çalışan peşəkarların çoxu 1998-ci ildə qəbul olunan Kino qanunuun bundan daha mütərəqqi olduğunu etiraf edib, narazılığını bildirir. Bəzi kino biliciləri yeni qanun layihəsində rejissora heç bir hüquq verilmədiyini, bəziləri isə ölkədə prodüser məktəbi yaranmadan milli kinonu prodüserlərin öhdəsinə buraxmağın yanlış olduğunu tənqid edir.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni qanun Azərbaycan kinosuna nə verə bilər, onu durğunluqdan çıxarıb irəli apara bilərmi? Bu sualla tanınmış rejissor Eldəniz Quliyevə müraciət etdik. Eləniz müəllim deyir ki, heç bir yaradıcı doktrina və strategiya qanunla tənzimlənə bilməz. “O yaradıcı qanunu allah özü yazır. İndiyə qədər milli kino qanunu tam şəkildə ziyana işləyib, çəkilən filmlər Biləcəridən o yana keçmək gücündə deyil. Film çəkənlər peşəkar insanlar olmalıdır. Bunun üçün yaxşı rejissorlar, yaxşı ssenaristlər lazımdır. O peşəkarların da çoxu əriyib yoxa çıxdı. Son mogikan Rasim Ocaqov idi ki, son yaxşı filmlərdə imzası qalan da elə odur. Ssenari yazmaq işini də artıq biznesə çeviriblər. Hansı ki, o işi də yalnız istedadlı peşəkarlar görməlidir.”

Bəs yeni qanunla nəzərdə tutulduğu kimi, kino sənayesinin maliyyələşməsini sahibkarların ixtiyarına buraxmaq uğurlu effekt verə bilərmi? Eldəniz müəllim deyir ki, bu təcrübə keçən əsrdə “Hollivud”da tətbiq olunub. Aydındır ki, kino böyük pul tələb edir. Dövlət də o zaman çiynini o yükün altından çəkmək üçün bunu etdi və kino sənayesinin maliyyələşməsini zəngin adamların ixtiyarına buraxdı. İmkanlı adamlar da baxdı ki, bu sahəyə milyonlar qoymaq sərfəlidir, o işə qol qoydular. Nəticə də uğurlu oldu, adamlar bu sahəyə qoyduqları milyonlar sayəsində yaxşı qazanc götürməyə başladılar. İndi bizimkilərin də bir əsrdən sonra tətbiq etməyə çalışdıqları təcrübə odur. Amma unutmaq olmaz ki, bu təcrübə də ancaq azad sahibkarlıq mühitində uğur qazana bilər…

Xülasə, belə görünür ki, yeni qanun illərdir durğunluq yaşayan kinomuzu vəziyyətdən çıxarmaq əvəzinə, ona yeni problemlər gətirəcək. Yeri gəlmişkən, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2017-ci ilin dövlət büdcəsindən 1 milyon 3 min manat vəsait ayrılıb. Halbuki, 2016-cı ilin dövlət büdcəsindən bu məqsədlə 5 milyon 869 min manat ayrılmışdı. Deməli, ötən illə müqayisədə bu il bu vəsaitlər 83% və ya 4 milyon 866 min manat azalıb. Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Kino xidməti idarəsi”nə isə bu ilin büdcəsindən 132 min manat vəsait ayrılıb. Baxaq, bu azacıq vəsaitlə kinomatoqraflar milli kinonun inkişafına hansı töhfələri verəcəklər? Ümumiyyətlə, töhfə verə biləcəklərmi?

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button