Loading...
Loading...
Texnologiya

Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib

    2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin maddəsinin izlərini aşkar edildiyini elan etmişdi. Qeyd etmək lazımdır ki, bu maddə Yer kürəsində oksigenə ehtiyac duymayan mikroorqanizmlər tərəfindən ifraz edilir. Alimlər tərəfindən verilmiş bu bəyanat əsl sensasiya xarakteri daşıyırdı. Lakin bu sensasiya o qədər də uzun müddət ərzində davam etmədi. Belə ki, alimlərdən ibarət digər bir qrup bəyanatı vermiş alimlərin öz tədqiqatlarında səhvə yol verdiklərini açıqladı. Venera planetinin atmosferində mikroorqanizm səviyyəsində həyat növünün mövcud olub-olmamasını dəqiq şəkildə gələcək kosmik aparatlar öyrənə biləcəklər. Lakin indiki halda alimlər bu suala kimyəvi proseslərin kompüter modelləşdirilməsi vasitəsilə cavab tapmağa çalışırlar. Venera səthində temperatur 464 dərəcə Selsi təşkil edir. Təzyiq göstəricisi isə Yer kürəsində 900 metr dərinlikdə olan təzyiq göstəricisinə bərabərdir.

    Lakin buna baxmayaraq bu cür şəraitdə Yer kürəsindəki kimi müxtəlif bioloji həyat formasının yaranması üçün lazım olan oksigen mövcud deyil. Oksigen əvəzinə Venera atmosferi CO2 qazı və kükürd birləşmələri ilə zəngindir. Yer kürəsində oksigenin olmadığı yerlərdə anaerob bakteriyalar qida mənbəyi kimi CO2 qazından və kükürd birləşmələrindən istifadə edirlər. Kembric Universitetinin alimləri Venera atmosferində mikroorqanizmlərin mövcud ola biləcəkləri halda onların maddələr mübadiləsinin 3 mümkün sxemini araşdırıblar. Belə ki, mümkün maddələr mübadiləsi sxemləri çərçivəsində mikroorqanizmər Venera atmosferindəki kükürd dioksid-dən (SO2) qida mənbəsi kimi istifadə edə və nəticədə həyat fəaliyyətləri çərçivəsində tullantılar ifraz etmiş ola bilərlər.

    Beləliklə alimlər tərəfindən aparılmış kompüter modelləşdirməsi maddələr mübadiləsi prosesinin yan məhsulu kimi çıxış edən tullantıların həcmini hesablamağa imkan verib. Nəticədə məlum olub ki, müşahidə edilən maddələr mübadiləsi tullantılarının konsentrasiyası Venera atmosferində ehtimal olunan bakteriya həyatı səviyyəsinə çatmır. Bu isə o deməkdir ki, Venera atmosferində həyat növü mövcud deyil. Lakin bu məsələdə dəqiq cavabı James Webb kosmik teleskopu verə bilər. Belə ki, sözügedən teleskopun sahib olduğu spektrometr təkcə uzaq ulduzların deyil, həmçinin Venera atmosferinin molekulyar tərkibini də təyin edə bilər. Qeyd etmək lazımdır ki, James Webb tərəfindən əldə edilən ilk fotolar 12 iyul tarixində təqdim ediləcəklər.

24 saat” “Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Aylıq ödənişli Telegram premium istifadəyə verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button