2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov seçkilərin nəticələri barədə hakimlərə məlumat verib. Nəticələrə əsasən İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanıb.

Öz növbəsində, məruzəçi- hakim Kamran Şəfiyev bildirib ki, prezident seçkilərilə bağlı prokurorluq və polis orqanlarına şikayət daxil olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçkilərin nəticələrinin təsdiq edilməsi barədə Konstitusiya Məhkəməsinin qərarını açıqlayıb və  Əliyevi ölkənin yenidən seçilmiş prezidenti elan edib.

Prezident İlham Əliyev seçkilərin nəticələri elan edildikdən sonra üç gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə keçiriləcək inauqurasiya mərasimində and içdikdən sonra vəzifəyə başlayacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button