2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'Kontakt' autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLAR

    “Kontakt” mağazalar şəbəkəsi autizmli şəxslərin inkişafına dəstək olmaq məqsədilə Ukrayna Dairəsi mağazasında təqdirəlayiq xeyriyyə yarmarkası və tədbir proqramı təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

    Yaxın günlərdə açılışı baş tutan yarmarkada autizmli şəxslərin və onların valideynləri tərəfindən hazırlanmış bir-birindən fərqli, rəngarəng əl işləri və rəsm əsərləri zövqlə sərgilənərək ziyarətçilərin böyük marağına səbəb olub. 

    Autizmli şəxslərdən ibarət “Mavi ürəklər” xorunun istedadlı musiqili çıxışları isə öz növbəsində tədbirin axarına xüsusi rəng qatıb. 

    “Birgə və Sağlam” İctimai Birliyinin dəstəyi ilə baş tutan gecədə “Kontakt” ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova və “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova söz alaraq layihənin cəmiyyət üçün önəminə diqqət çəkiblər. Həmçinin, autizmli şəxslərin cəmiyyətə adaptasiya olmasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğulayıblar. 

    Tədbirin davamında günün anlam və önəmini əks etdirən “puzzle” parçaları birləşdirilib. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsinin Autizm Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi sosial videoçarx izlənilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button