2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Korona peyvəndindən sonra məhkəməyə müraciət etdi… Yan təsir işində qərar verildi

2023-08-22 13:11:21

class=”mediyanet-inline-adv”>

2019-cu ilin son günlərində Çinin Uhan şəhərində ortaya çıxan koronavirus qısa zamanda qlobal pandemiyaya çevrildi və milyonlarla insanın həyatına son qoydu.

Saytların yığılması Saytlarin yigilmasi

Dünya peyvəndlərin köməyi ilə pandemiyanı geridə qoydu, ancaq pandemiyadan qalan yan təsirlərlə bağlı müzakirələr oldu.

Peyvəndlərin yan təsirlərinə görə kompensasiya tələbləri son aylarda tez-tez gündəmə gəlir.

Almaniyada məsələ ilə bağlı diqqətçəkən qərar qəbul edilib.

Mainz Regional Məhkəməsi ötən gün AstraZeneca peyvəndi aldıqdan sonra sağ qulağında karlıq yaranan diş həkiminin təzminat iddiası ilə bağlı qərar verib.

O zaman 40 yaşlı qadın diş həkimi AstraZeneca peyvəndini aldıqdan üç gün sonra sağ qulağında eşitmə problemi yaşadı.

İddiaçı bildirdi ki, həmin gündən sağ qulağı tam kardır. Mainzdə yaşayan qadın həkim səhhətindəki problemlərin səbəbinin peyvəndin olduğunu iddia edərək peyvənd istehsalçısı AstraZeneca-dan 150 min avro mənəvi təzminat tələb edib.

class=”mediyanet-inline-adv”>

İyun ayında başlayan sınağın ilk günlərində AstraZeneca nümayəndələri eşitmə zədəsinin peyvəndin yan təsiri olduğunu hələ heç bir araşdırmanın sübuta yetirmədiyini müdafiə etdilər.

İddiaçının vəkili peyvənddən başqa səbəbləri istisna edən ekspertiza rəyi təqdim edib. Bundan əlavə, işəgötürənin sığorta şirkəti, yan təsirin peyvəndlə bağlı olduğunu qəbul etdiyini məhkəməyə bildirmişdir.

Lakin məhkəmə təzminat tələbini rədd edib. Səbəbi hələ məlum deyil. Həftənin əvvəlində Mainzdə baxılan işdə hakim səbəblərin daha sonra yazılı şəkildə təqdim ediləcəyini və məhkəmə xərclərini iddiaçının öz üzərinə götürməli olduğunu bildirdi.

İddiaçının vəkili məhkəmənin “səhv qərar” verdiyini bildirsə də, o, Mainz Regional Məhkəməsinin niyə başqa ekspert rəyi tələb etmədiyini anlamadığını bildirib. İddiaçı qadın həkim qərarın ‘peyvənddən təsirlənən hər kəsin üzünə yumruq’ olduğunu deyib və apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button