Loading...
Loading...
Texnologiya

Kosmosa ilk turist səfəri gerçəkləşdi: Fantastik qiymətə

Amerikanın “SpaceX” şirkəti kosmosa gözlənilən turist səyahətini gerçəkləşdirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fəzaya qalxanlar ABŞ, Kanada və İsrail vətəndaşlarıdır. Onlardan başqa, heyətə bir kosmonavt da daxildir.

“Crew Dragon” gəmisi ilə birlikdə “Falcon 9” raketi Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb.

Qeyd edək ki, “Aksioma-1” özəl missiyası Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turist kosmik uçuşdur.

Ekipaj üzvləri astronavt Maykl Lopez-Aleqria (ABŞ) və turistlər – amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Partiya və israilli iş adamı Eytan Stibbedir. 

Səma turistləri 8 gün davam edəcək səfərə görə, adambaşına 55 milyon dollar ödəyiblər.
 

24 saat” “
Kosmosa ilk turist səfəri gerçəkləşdi: Fantastik qiymətə
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma - AZDO.AZ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button