Kosovo müxalifəti hökumətə etimad səsverməsi istəyir
Mayın 5-də Kosovonun müxalifət partiyaları hökumətə etimad səsverməsiylə bağlı layihə hazırlayıblar. Məqsəd baş nazir Isa Mustafa-nın koalisiya hökumətini istefaya göndərməkdir.
Layihəni 40-dan çox deputat imzalayıb. Onlar arasında hakim koalisiya üzvləri olan partiyalardan 12 nəfər də var.
Layihə hökuməti seçki kampaniyasında verdiyi vədlərə əməl etməməkdə, ictimai inamsızlıq yaratmaqda suçlayır.
Mustafa-nın mühafizəkar LDK partiyası 120 yerlik parlamentdə ikinci böyük partiyadır və koalisiyadan olan deputatların hamısı onu dəstəkləsə, səsvermədən üzüağ çıxa bilər.
Layihə parlamentin müzakirəsinə mayın 10-da çıxarılacaq.
Baş naziri istefaya göndərməkdən ötrü müxalifətə, azı, 61 səs lazımdır.
Mustafa hökumətinə dirənişin güclənməsinə səbəb Monteneqroyla sərhədin dəqiqləşdirilməsi zamanı ortaya çıxan narazılıqdır. Avropa Birliyi Kosovo vətəndaşlarına vizasız rejimin tətbiqindən ötrü belə bir tələb qoyub. Müxalifət partiyaları isə deyir ki, sərhədlə bağlı razılaşma çərçivəsində 8 min hektar meşəlik ərazi Monteneqroya verilir. Hökumət, AB və tərəfdarları və Birləşmiş Ştatlar bunun həqiqət olmadığını söyləyirlər.
24saat.org
Mənbə – azadliq.org