2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Kreml günlər sonra təsdiqləyib: Putin Priqojinlə görüşüb

2023-07-10 14:51:09

Rusiya prezidenti Putin siyasi həyatının ən uzun 24 saatını geridə qoyub.

Muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin əvvəlcə hərbi rəhbərliyə, sonra isə Putinə qarşı üsyan bayrağını qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bir güllə də atmadan strateji əhəmiyyətli Rostovu ələ keçirən Vaqner hədəfini ölkənin siyasi ürəyi olan Moskvaya çevirdi.

Vaqnerin Moskvaya yürüşü davam edərkən, ölkə II Dünya Müharibəsindən sonra bir ilkin şahidi oldu.

Moskva ətrafında müdafiə mövqelərinin qazıldığı və şəhərin mümkün hücuma qarşı hazırlandığı görüldü.

Dünyanın dəqiqə-dəqiqə izlədiyi böhran Belarusun müdaxiləsi ilə aradan qaldırıldı.

Moskvaya doğru irəliləyən Vaqnerin qoşunları paytaxtdan cəmi 200 kilometr aralıda dayandı.

Priqojin bildirib ki, onun Moskvaya qədər irəliləyən döyüşçüləri Belarusun təşəbbüsü ilə əldə olunan razılaşmadan sonra “qan tökülməsin deyə” öz bazalarına qayıdıblar.

Priqojinin Rusiyaya qayıtması xəbərlərinin əks-sədası davam edərkən, Kreml Putinin Vaqner lideri ilə görüşdüyünü təsdiqləyib.

Kreml bildirib ki, Putin üsyandan bir neçə gün sonra, iyunun 29-da Rusiyada Priqojinlə görüşüb.

Bu barədə Kremlin sözçüsü Peskov bildirib. Peskovun açıqlamasına görə, görüş iğtişaşdan 5 gün sonra baş tutub.

Peskov Vaqner liderinin Rusiyanın hansı şəhərində olması ilə bağlı açıqlama verməyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button