2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Kremldən Priqojinlə bağlı açıqlama: “Putin dəfn mərasimində iştirak edə bilməz”

2023-08-26 06:27:51

class=”mediyanet-inline-adv”>

Peskov deyib ki, Priqojinin Putinin göstərişi ilə Rusiya dövləti tərəfindən öldürülməsi ilə bağlı iddialar “tam yalandır”. Putinin Priqojinin dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verməyin mümkün olmadığını deyən Peskov “Putinin təqvimi çox doludur” deyib. Vaqnerin gələcəyi ilə bağlı açıqlama verməkdən çəkinən Kreml sözçüsü “Vaqnerin gələcəyi ilə bağlı heç nə deyə bilmərəm, axı qanuni olaraq belə bir struktur yoxdur” deyib. Peskovun Vaqnerlə bağlı açıqlamaları qruplaşmanın orduya daxil ediləcəyinə işarə kimi şərh edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Kəşfiyyat ‘DÜŞDÜ’

Digər tərəfdən, Priqojinin taleyi ilə bağlı fərziyyələr davam edir. Britaniya mediası Britaniya Müdafiə Nazirliyinin rəsmilərinin fövqəladə təhlükəsizlik tədbirləri görməsi ilə tanınan Priqojinin sağ ola biləcəyini düşündüyünü yazıb. BBC-nin təhlükəsizlik mənbələrinə əsaslanan xəbərində “Vaqner lideri Priqojinin təyyarəsinin Rusiya daxili kəşfiyyat xidməti FSB tərəfindən vurulduğu” bildirilib. Digər tərəfdən, Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner qrupu sağdır və Belarusda yaşamağa davam edəcək” deyib. Priqojinin təhlükəsizliyini təmin etmək vəzifəsinin olmadığını deyən Lukaşenko Priqojinin ondan bunu tələb etmədiyini bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button