Xəbərlər

Krım körpüsündə partlayış olub

Oktyabrın 8-i səhər saatlarında Kerçdə, Krım körpüsündə partlayış olub. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Bu barədə Kerch.fm portalı məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə “fövqəladə vəziyyət”lə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Partlayışın səhər saat 6-da baş verdiyi bildirilir. Kerch.fm yazır ki, yol yanır, yük qatarı alovlara bürünüb, həmçinin Krım körpüsünün iki avtomobil aşırımının qismən çökməsi baş verib.

“Krım Dəmir Yolu” Federal Dövlət Müəssisəsi iddia edir ki, “yük qatarının arxasındakı yanacaq çənində yanğın baş verib” – hadisənin səbəbləri müəyyənləşdirilir.

Milli Antiterror Komitəsindən RBC-yə deyilib ki, Krım körpüsündə yük maşını partladılıb. Nəticədə qatarın 7 yanacaq çəni yanıb. İlhaq edilmiş Krımın parlamentinin rəhbəri Vladimir Konstantinov isə deyib ki, “ukraynalı vandallar” Krım körpüsündə yol yatağına ziyan vurublar. Onun sözlərinə görə, dəymiş ziyan “ciddi xarakter daşımır” və “tez bir zamanda bərpa olunacaq”.

Yerli “hakimiyyət orqanları”nın məlumatına görə, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, onun naviqasiya tağlarına ziyan dəyməyib.

Kerç boğazında gəmiçilik dayanmayıb, avtomobillər üçün bərə keçidi hazırlanır. İlhaq edilmiş Krımın rəhbərinin müşaviri Oleq Kryuçkov əlavə edib ki, hazırda yanğın söndürülür, sürücülər üçün körpünün yaxınlığında yemək və istilik məntəqələri yaradılır. “Səbəblər və nəticələr haqqında danışmaq hələ tezdir”, – o yazıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan prezidenti Rusiyaya gedib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button