2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kütləvi etirazlar fonunda Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanunun müzakirəsinə qayıdır

“Xarici agentlər haqqında” qanunun qəbul edilməsinə etirazlar zamanı ötən gecə Tbilisinin mərkəzində 63 müxalifətçi saxlanılıb. Bu barədə çərşənbə günü brifinqdə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

Bu gün Gürcüstan parlamentində bu qanun layihəsinə yenə baxılacaq, səhər saatlarından onun əleyhdarları yenidən toplanır.

Bu qanun xaricdən maliyyə alan KİV və QHT-lər üçün reyestrin yaradılmasını və onlar üçün məcburi illik maliyyə hesabatlılığının tətbiqini nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci oxunuşda qanun layihəsinə maddələr üzrə baxılmasına 30 apreldə başlanılıb və doqquz saata yaxın davam edib. Bu mərhələdə 11 bənddən ibarət qanun layihəsinin cəmi üç maddəsinin müzakirəsi başa çatıb. Qanun layihəsinin mayın 17-də təsdiqlənəcəyi gözlənilir.

Hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar fonunda geri çağırılan bu qanun layihəsinin  yenidən gündəmə gəlməsini onunla əsaslandırıb ki, xarici donorlar “Gürcüstandakı radikal qruplar və partiyalar üçün gizli maliyyəni” artırıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button