2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

Lənkəranda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Vilvan kəndində fəaliyyət göstərən fiziki şəxs Qasımov Ağababa Əjdər oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.azca AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

16837076121 jpeg 16837076123 jpeg 16837076124 jpeg 16837076135 jpeg

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button