2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Lion:Beşiktaş oyununda qalmaqal. Fransızlar cəzalanacaq – VİDEO

BiG.AZ xəbər verir ki, UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Lion” – “Beşiktaş” (2:1) matçında qalmaqalın baş verib.

Belə ki, matçdan əvvəl iki komandanın azarkeşləri arasında insident yaşanıb.

Hələ oyun başlamamış azarkeşlər əvvəlcə sözlü atışmağa, ardınca isə fiziki münaqişəyə başlamış, daha sonra hətta meydançaya da daxil olublar.

Saytların yığılması Saytlarin yigilmasi

Təxminən 2000-ə yaxın fanatın meydana girməyi aranın qarışmağına səbəb olub.

“Lion” rəhbərliyinin verdiyi ilkin açıqlamada bildirilib ki, yuxarıdakı tribunalardan məşəllər atıldığı üçün aşağıdakı azarkeşlər meydana enməyə məcbur olublar.

“Lion” prezidenti Jan-Mişel Olas da meydana daxil olaraq, mikrofonla azarkeşlərə səslənib. O, qorxulu bir şeyin olmadığını və fanatların tribunalardakı yerlərinə qayıtmalarını istəyib. Yalnız bundan sonra meydança boşaldılıb.

Bu səbəbdən oyun 45 dəqiqə gecikmə ilə başlayıb.

Bu isə öz növbəsində Fransa təmsilçisinə baha başa gələ bilər.

Bu hadisədən əvvəl isə Fransa polisi stadiona doğru mahnılar oxuyaraq gedən “Beşiktaş” fanatlarına hücum çəkib, gözyaşardıcı qazdan istifadə edib. Bu müdaxilə bir azarkeşin başından yaralanmasına səbəb olub. Həmçinin, bir neçə türk fanata qarşı sərt davranan asayiş keşikçiləri onları bölməyə aparıblar.

UEFA həm stadionun həndəvərində, həm də içində baş verənlərlə bağlı araşdırmaya başlayıb. Xüsusən də, təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması qitə futbol qurumunu narahat edir. UEFA İntizam Komitəsinin “Lion”a stadion qadağası qoyması da istisna deyil.

Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.

Həmin hadisəni əks etdirən videonu sizə də təqdim edirik:

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button