2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Lirə-rubl anlaşması – Rusiya, yoxsa Türkiyə uduşlu çıxacaq?

Avqustun 5-də Soçidə baş tutan və 5 saata yaxın davam edən Rusiya-Türkiyə liderlərinin görüşündə əsas razılaşmalardan biri qarşılıqlı ticarət əməliyyatlarına öz milli valyutalarından istifadə ediləcəyi ilə bağlıdır. Bəs bu razılaşma kifayət qədər böhran şəraitində olan hər iki ölkəyə nə vəd edir, hansı tərəf daha çox faydalana biləcək?

ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı maliyyəçi professoru Fariz Hüseynli bu anlaşmanı təhlil edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Türkiyə ilə Rusiya aralarındakı ticarətdə öz valyutalarını işlətmək istəyirlər. Məsələn, Türkiyə Rusiyadan neft, qaz, kömür alanda lirəni rubla çevirib ödəmə etsin, rus turist də rublla ödəsin. Oxşar sistem İndoneziya-Malayziya-Tayland-Yaponiya və Braziliya-Paraqvay-Uruqvay-Argentina arasında var. Proses belədir ki, mərkəzi banklar bəzi bankları bu sistemə qoşur, məzənnəni müəyyən edir. Banklar da o məzənnədən ödəmələri həyata keçirir. Mərkəzi banklar da öz aralarında swap anlaşmaları edirlər. Düzdür, Türkiyə sistemində elə bil rubl daha çox əhəmiyyət qazanır, çünki Türkiyə ödəmələrində dolların payını azaltmaq istəyir, əvəzində rublu artıracaq.

İkitərəfli ticarətin faydaları çoxdur, Rusiya üçün Türkiyə çox vacib ölkəyə çevrilib, Türkiyə üçün də fürsətlər artıb. Dollardan asılılığı azaltmaları da normaldır. Amma mövcud sistemdə dörd problemi qeyd etmək vacibdir:

İkitərəfli ticarətin faydaları çoxdur, Rusiya üçün Türkiyə çox vacib ölkəyə çevrilib, Türkiyə üçün də fürsətlər artıb. Dollardan asılılığı azaltmaları da normaldır. Amma mövcud sistemdə dörd problemi qeyd etmək vacibdir:

Birincisi, məzənnə sistemi. Türkiyə Rusiyaya rubl ilə ödəmə etsə də dolların təsiri qalır, çünki çarpaz məzənnə var: lirə-dollar, rubl-dollar məzənnələri ilə rubl-lirə məzənnəsi arasında arbitraj olmamalıdır. Rubl dollara qarşı güclənsə, lirə dollara qarşı zəifləsə, lirə rubla qarşı da zəifləyəcək. Rubl dollara qarşı zəifləsə, rublu əldə saxlamaq problem olacaq. Rusiyanın rublu güclü saxlamaqda məqsədi elə ətrafdakı ölkələrə “rubl möhkəmdir, ticarətdə istifadə edə bilərsiz” mesajı verməkdir. Türkiyə, deyək ki, rublla ödəmə etdi, onda gərək ixracatdan qazandığını avro və dolları rubla çevirə. Rubl güclənsə, gərək onda daha çox avro-dollar qazansın. Amma rus turisti Türkiyədə dollar yerinə rubl xərcləyəcəksə, onda bu əlavə dollar haradan gəlməlidir? Böyük ehtimalla, rus turistin verdiyi rublu elə Rusiyaya qaytaracaq, amma bu bəs etmir, çünki fərq böyükdür. Türkiyə Rusiyaya 6.5 milyard dollarlıq mal satırdısa, Rusiyadan 29 milyard dollardan çox dəyərində mal alır. Yəni ticarətdə 20 milyarddan çox fərq var. Bunun da yarısı neft, qaz və kömürdür. Türkiyənin rus turistdən qazandığı bunu örtməz. Gərək, Türkiyə Rusiya ilə ticarətdə və gəlirlərdə ödəyən yox, qazanan mövqedə olsun. Rusiya da rublu güclü saxlamağa məcbur olsa, bu öz iqtisadiyyatına problem olacaq, yəni idxalı və pul hərəkətini sıxmalı olacaq. Regional rezerv pul olmağın xərcini çəkəcək.

İkincisi, bu ölkələr bir-birinə ticarətdə yetməlidirlər. Türkiyənin Rusiya ilə ticarətdə böyük kəsiri var, amma Avropa ilə ticarətdə qazanır. Rusiya da, Türkiyə də xarici texnologiyadan asılıdırlar və bunu almağa da dollar və avro lazımdır. Bir-birinə yüksək texnologiya sata bilmirlər. Məsələn, Türkiyədə nüvə enerji stansiyası tikilməsi üçün Rusiya əvvəlcədən 5 milyard dollar (15 milyard dollar sonra gələcək) ödəyib, çünki materiallar xaricdən alınmalıdır. Yəni istər-istəməz, məcburən avro-dollar qazanma ehtiyacı yüksəkdir. Rusiyanın neft-qaz alımlarına sanksiyalar gəldikcə gəlirləri azalacaq və rublu saxlamaq üçün iqtisadiyyatı daha da sıxmalı olacaq.

Üçüncüsü, sanksiyaların təsiridir. Türkiyə Səddam Hüseynə, İrana qoyulan sanksiyaları dövlət bankları vasitəsilə pozan ölkə kimi tanınır. Rusiyaya qoyulan sanksiyaları da bu formada pozmağa çalışacaqlar. Bunu bilən bilir, görən görür. Kiçik miqdarlarda, ya neft-qaz alımları üçün edəndə problem olmur, amma böyüyüb yeraltına, mürəkkəb sxemlərə gedəndə artıq problem halına çevrilir.

Dördüncüsü və bəlkə ən əhəmiyyətlisi: iki ölkə bir-birinin büdcə-pul sisteminə güvənməyə başlayır, bu güvən də asılılıq yaradır. Yəni necə ki, ABŞ-dan asılılıq varsa, Rusiya ilə də qarşılıqlı asılılıq artacaq. Amma ticarətdə kəsir verənin, yəni Türkiyənin asılılığı daha çox olacaq. Rusiyanın maliyyə-monetar sistemində hansısa böyük böhran olanda bunun Türkiyəyə keçmə ehtimalı artır. Deməli FED-dən hansı müdaxilələr gözlənilir və arxayınlıq yaranırsa, Rusiya Mərkəzi Bankından da bu gözləntilər olmalıdır”.

“24 saat “Lirə-rubl anlaşması – Rusiya, yoxsa Türkiyə uduşlu çıxacaq?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button