2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Livan “Barbie” filmini qadağan edib

2023-08-09 21:30:02

class=”mediyanet-inline-adv”>

Dünyada kassa rekordları qıran Barbie filmi Livanda nümayiş olunmayacaq. Livanın mədəniyyət naziri Məhəmməd Mortada verdiyi yazılı açıqlamada “Barbie” filminin “homoseksuallığı təşviq etdiyi” və dini dəyərlərə zidd olduğu səbəbilə kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb. Açıqlamada filmin ailə birliyinin əhəmiyyətini azaltmaqla “homoseksuallığı və cinsi transformasiyanı təşviq etdiyi”, “iman və əxlaqi dəyərlərə zidd” olduğu bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Mədəniyyət Nazirliyinin qəbul etdiyi qərardan sonra Daxili İşlər Naziri Bassam Mövlavi Daxili İşlər Nazirliyinə bağlı və senzura qərarlarına cavabdeh olan Ümumi Təhlükəsizlik Senzura Komitəsindən filmin araşdırılmasını və öz tövsiyəsini verməsini istəyib. Margot Robbie və Ryan Gosling-in baş rollarda çəkildiyi Barbie filmi iyulun 21-də ekranlara çıxdıqdan sonra dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button