2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Lukaşenka Ukraynadan Belarusa raket atıldığını iddia edir

Lukaşenka iddia edir ki, Minsk Ukraynada müharibəyə sürüklənir və bununla ” Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər”

Saytların yığılması Saytlarin yigilmasi

Belarusun avtoritar lideri Aleksandr Lukaşenka hər hansı sübut təqdim etmədən Ukraynadan Belarusa raket atıldığını iddia edib.

O, hadisənin bir neçə gün əvvəl olduğunu və Ukrayna ərazisindən Belarusun hərbi obyektlərinə zərbə endirmək cəhdləri olduğunu deyib. Belarusun dövlət xəbər agentliyi BELTA iyulun 2-də Lukaşenkadan sitat verib :

“Bizi təxribata çəkirlər. Məlumat verməliyəm: üç gün əvvəl, bir az da əvvəl, onlar Ukrayna ərazisindən Belarus ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə cəhd ediblər. Lakin “Pantsir” kompleksləri Ukrayna silahlı qüvvələrinin atdığı bütün raketləri tuta bilib”, – Lukaşenka deyib.

“Kommersant” ın yazdığına görə, o, bu iddiaları Belarusun Müstəqillik Günü ilə bağlı tədbirdəki etdiyi çıxışı zamanı səsləndirib.

Lukaşenka iddia edir ki, Minsk Ukraynada müharibəyə sürüklənir və bununla ” Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər”.

Onun sözlərinə görə, Belarus Ukraynada döyüşmək niyyətində deyil, ancaq hücum olacağı halda döyüşəcək. Lukaşenka qeyd edib ki, o, hərbçilərə “Minsk əleyhdarlarının” qərar qəbuletmə mərkəzlərini “hədəfdə saxlamağı” əmr edib.

O, həmçinin vurğulayıb ki, NATO və Avropa İttifaqı Rusiya və Belarusa qarşı “yeni təxribatlarda maraqlıdır”.

Hələ ki, Ukrayna tərəfdən Lukaşenkanın bu iddialarına şərh verilməyib.

Belarus Ukraynadakı müharibənin birbaşa iştirakçısı olmasa da işğalçı Rusiyaya maddi-texniki dəstək verir. Həmçinin Rusiya qoşunlarının bir hissəsi Ukraynaya Belarus sərhədindən keçməklə daxil olub.

Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar qərb ölkələri Belarusa qarşı bir neçə ciddi maliyyə sanksiyaları paketi tətbiq edib.

ABŞ, Aİ ölkələri və bir sıra digər ölkələr 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenkanı legitim seçilmiş dövlət başçısı kimi tanımır.

Səsvermənin rəsmi nəticələrinə qarşı başlayan kütləvi etirazların yatırılması ilə əlaqədar ona və ətrafına qarşı sanksiyalar tətbiq edilib. Lukaşenka rejimi insan haqlarını kobud şəkildə pozmaqda və müxalifəti təqib etməkdə ittiham olunur.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button