Gündəm

Mədəniyyət nazirinin iki müavini işdən azad edildi

 

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Toplum TV xəbər verir ki, bu barədə “Qafqazinfo” saytı xəbər yayıb. Mədəniyyət Nazirliyi məlumatı təsdiq edib.

Adıçəkilən hər iki şəxs müvafiq vəzifələrdə uzun illər idi ki, fəaliyyət göstərirdilər.

Bu gün nazirlik həmçinin xəbər yayıb ki, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

Sərəncamı Prezident İlham Əliyev imzalayıb.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button