Loading...
Loading...
Xəbərlər

Məhkəmə Cəlilabadın keçmiş icra başçısını həbsdə saxlayıb

Bakı/06.01.22 Yanvarın 6-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalovun işi üzrə hazırlıq iclası keçirilib.

İclas zamanı müdafiə tərəfi Zeynalovun ev dustaqlığına keçirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri yanvarın 18-nə təyin edib.

7 dekabr 2020-ci ildə Cəlilabad rayonunda hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı Namiq Zeynalov və rayonun bir sıra rəsmi şəxsləri saxlanılıblar. Növbəti gün Zeynalov işdən çıxarılıb.

Ona qarşı mənimsəmə, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, dəfələrlə külli miqdarda rüşvət alma vəzifə saxtakarlığı üzrə ittihamlar irəli sürülüb. -05Â06-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button