2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmə: Dövlətə xəyanətdə təqsirləndirilən Behişti özünü təqsirli bilmir 

“Deyirlər, Məclisin İranda dayaqları var, yalandır. Heç yerdə sahibimiz, dayağımız olmayıb. Yığışırdıq, gündəlik həyatdan, ibadətdən danışırdıq, dağılışırdıq”. 

Bunu “Behişti” ləqəbli Əli Əliyevin məhkəməsində noyabrın 29-da şahid qismində dindirilmiş Yaşar Əliyev deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Əli Əliyevin (Hacı Əli Behişti) məhkəməsi yeni başlayıb. Bu iş hakim Azər Tağıyevin icraatındadır. 

Saytların yığılması Saytlarin yigilmasi

İttiham 

Əli Əliyev Bakının Binə qəsəbəsinin sakinidir. Bu ilin aprelində həbs olunub. Ona Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi qaldırılıb. İttihamsa bundan ibarətdir ki, o, 16 il əvvəl İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı SEPAH-la əməkdaşlıq barədə razılığa gəlib. 2007-2014-cü illərdə Bakının Binə, Maştağa, Nardaran ərazilərindəki məscidlərdə olaraq İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb, SEPAH-a ötürüb. Bunun müqabilində SEPAH-dan 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500, 2013-cü ildə 1000 dollar alıb. 

Məhkəmə 

Noyabrın 29-da keçirilən məhkəmədə Behişti bildirib ki, ittihamlar quramadır, bunu səbəb gətirərək ifadə verməkdən imtina edib. Məhkəmə şahidlərin dindirilməsinə keçib. Əvvəlcə Rasim Niftullayev ifadə verib. O, sözə Behiştiylə tanışlığından başlayıb: “10 il Qumda dini təhsil almışam. Behiştiylə də orda tanış olmuşuq. Orada təhsil alanların hərəsinə bir təxəllüs verilirdi. Həmin təxəllüs orada soyad kimi istifadə edilirdi. Məsələn, özündən və bir-iki yaxınından başqa heç kim təhsil alanın əsl ad-soyadını bilmirdi, hamı ona təxəllüsüylə müraciət edirdi. Əliyə də hamı “Behişti” deyə müraciət edirdi. Azərbaycana qayıdandan sonra hacı (Əli Əliyev) ilə əlaqələrimiz davam etdi. Bir-birimizin evinə gedib-gəlirdik, telefonla əlaqə saxlayırdıq. Mövzularımız da əsasən din, ibadət olurdu. Biz ikimiz də camaat içində ruhani kimi tanınırdıq.  

Təqsirləndirilən şəxs: Bizim icmamız da var – Azərbaycan Ruhanilər Məclisi… Adı belədir. Biz orda adətən din, ibadət söhbətləri edirdik. 

Sonra qismində Yaşar Əliyev ifadə verib. O da Behiştini uzun illərdir tanıdığını bildirib: “İran İslam Respublikasının Qum şəhərində dini təhsil alarkən tanış olmuşuq. Azərbaycanda İslam Universitetini bitirəndən sonra İrana təhsil üçün getmişəm. Yaş fərqimiz çox olduğu üçün təhsil aldığımız zaman kənarda görüşürdük. Təhsilimi bitirib gələndən sonra da əlaqəmiz qalmışdı. Azərbaycan Ruhanilər Məclisinin üzvüyəm”. 

Şahid bildirib ki, Azərbaycan Ruhanilər Məclisinin İran İslam Respublikasında dayaqları olması barədə iddialar əsassızdır: “Bu Məclisi özümüz qurmuşduq. Deyirlər, Məclisin İranda dayaqları var, yalandır. Heç yerdə sahibimiz, dayağımız olmayıb. Yığışırdıq, gündəlik həyatdan, ibadətdən danışırdıq, dağılışırdıq”. 

Məhkəmə iclası dekabrın 7-də şahidlərin dindirilməsi ilə davam edəcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button