2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Ələsgər Məmmədlini yenə azad etməyib

Aprelin 3-də Bakı Apellyasiya Məhkəməsi “Toplum” TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtinaya dair şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc Turan-a bildirib ki, prosesdə Məmmədli özü də iştirak edib.

«O dedi ki, ev dustaqlığı azadlıq üçün yox, həyat üçün vacibdir. Qalxanabənzər şişin böyüdüyünü hiss edir və boğulma yaradır”, – vəkil deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Məmmədlinin təcili müayinə və müalicəyə ehtiyacı var, lakin hələ də biopsiya üçün nümunələr götürülməyib. “Heç olmasa Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsilə bağlı müraciətlərimiz cavabsız qalır”, – Layıc  deyib.

Öz növbəsində Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli qardaşının vəziyyətindən narahatlığını bildirib. “Onda vaxtaşırı boğulma tutmaları olur. Müalicənin gecikməsi şişlərin böyüməsinə,  metastazlara və həyati təhlükəyə səbəb ola bilər”, –  o deyib.

Penitensiar Xidmətdən və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən şərh almaq mümkün olmay

* Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button