2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılacaq

Aprelin 25-də Bakının Xətai Rayon Məhkəməsində “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılacaq. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, vəkillər Məmmədlinin səhhətinin pisləşməsilə bağlı vəsatət qaldırıblar.

Mədəaltı vəzi şişindən əziyyət çəkən Məmmədlidə boğulma halları artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Məmmədlinin səhhətinin pisləşməsi və həbsdən azad edilməsilə bağlı vəsatətin verilməsi barədə məlumatı təsdiqləyib.

*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, daha iki nəfər isə polis nəzarətinə verilib.

Ələsgər Məmmədli valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı 7300 avro tapılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button