2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmədə bələdiyyə sədrinə bəraət istənilib 

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi vəkillərin müdafiə çıxışlarıyla davam edib. 

İlknur Turkutun vəkili Xavər İsmayılova çıxışında bildirib ki, tərəflər arasındakı pul məsələləri mülki xarakterlidir və bu işdə cinayət tərkibi yoxdur. Bu səbəbdən də müvəkkilinə bəraət hökmü çıxarılmalıdır. 

Sonra Aytac Əliyevanın vəkili Ceyhun Yusifov müdafiə çıxışı edib. O, deyib ki, bu iş ilkin istintaq dövründən düzgün aparılmayıb. Vəkilin dediyinə görə, müvəkkilinin əməlində nəinki cinayət mülki pozuntu belə yoxdur: “Bu iş Məlikməmməd nağılından başqa bir şey deyil. Bu adamı uydurma cinayət məsuliyyətinə cəlb etmək istəyirsizsə, elə edin ki, biraz reallığa bənzəsin. Bundan başqa verilən işin həcmini 311-ci (rüşvət alma) maddəsi təşkil edirsə niyə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparıb, maraq nədir?Aytacın kifayət qədər nüfuzu var, statusu digərlərindən fərqlidir. 1 il yarım ərzində 20 dəfə qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişəm, hər dəfə vəsatətim rədd edilib. İndi də xanım müttəhim ağır onkoloji xəstədir. İstintaq orqanı dələduzluq ittihamı qırılmasın deyə rüşvət almanı da əlavə ediblər. Belə şey olar? Mən əvvəllər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəni görəndə ixtisasıma görə təşəkkür etmək istəyirdim, indi deyirəm ki, ay Allah, mən niyə hüquq oxudum”.

Saytların yığılması Saytlarin yigilmasi

Ceyhun Yusifov çıxışını ümidsiz sözlərlə yekunlaşdırıb: “Hörmətli məhkəmə heyəti, mən sizdən ədalətli hökm çıxaracağınızı gözləmirəm. Amma yenə də ümid etmək istəyirəm ki, məni yanıldarsız. Amma yenə də inanmıram”.
 
Hakim təqsirləndirilən şəxslərə son söz hüququndan istifadələri üçün müraciət edib. Ancaq təqsirləndirilən şəxslər son sözlərini növbəti məhkəmə iclasında söyləyəcəklərini bildirdilər. Bu səbəbdən də hakim növbəti məhkəmə iclasını dekabrın 5-nə təyin edib. 

Bundan əvvəlki məhkəmə iclasında prokuror ittiham çıxışı edərək Aytac Əliyevanın 9, İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Bacılar 2021-ci ildə saxlanılaraq istintaqa cəlb olunublar. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

Hazırda Aytac Əliyeva həbsdə, İlknur Turkut isə ev dustaqlığındadır.

İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib və zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button