Loading...
Loading...
Xəbərlər

'Məhsul stadionu'na görə həbs edilənlər var…

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov həbs edilib.

Bu barədə bu gün, avqustun 17-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda onlar klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı ilə bağlı 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmədə şübhəli sayılırlar: “Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

Hazırda cinayət işi üzrə ibtidai istintaqın davam etdiyi bildirilir.

Rəsmi açıqlamaya, hələlik, həbs edilən şəxslərdən, onların vəkillərindən və başqa uyğun cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.

2019-ci ilin sentyabrında Bakının Yasamal rayonundakı “Məhsul stadionu” təmirə dayanıb. Bu stadion son illər Azərbaycanda daha çox müxalifətin kütləvi aksiyalarının məkanı kimi diqqət çəkib.

2019-cu ilin sentyabrında ərazinin təmir adı ilə bağlandığı açıqlanıb və orada daha kütləvi aksiyaların keçirilməsinə razılıq verilməyib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Bayden 430 milyard dollarlıq qanunu imzalayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button