Loading...
Loading...
Gündəm

Məlikməmməd saxlanılıb

Sabiq idarə rəisi mənimsəmə və külli miqdarda ziyan vurmaqda ittiham olunur

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Oruc oğlu Qurbanovun saxlanıldığı bildirilir.

Baş Prokurorluq məlumatı təsdiqləyib.

Bildirilir ki, Məlikməmməd Qurbanov Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Haqqında həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil.

O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncamla Məlikməmməd Qurbanovu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Prezidentin sərəncamına görə, Məlikməmməd Qurbanov və onunla birlikdə medalla təltif olunanların hamısının Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətləri olub.

Onlar xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləniblər.(Meydan TV)

24saat.org” “Məlikməmməd saxlanılıb” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  "Gecə asan olmayacaq": Kiyev yaxınlığında ukraynalılar rusların hücumlarını dəf edirlər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button