Siyasət
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Toplum TV xəbər verir ki, bu barədə qurum yanvarın 31-də məlumat yayıb.
Bildirilir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.
“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib”, – açıqlamada vurğulanıb.
Yeni qərar fevralın 1-dən qüvvəyə minəcək.