2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Məşhur analitik: 'Apple gələn il iPhone-larda Lightning girişini USB Type-C ilə əvəz edə bilər'

    Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumata əsasən Apple gələn il üçün iPhone modellərində Lightning girişindən imtina və onu Android smartfonlarda artıq ümumi standart kimi qəbul edilən USB Type-C girişi ilə əvəz etməyi planlaşdırır. Bu cür proqnozu analitik öz araşdırmaları əsasında verib. Çox güman ki, söhbət, Apple şirkətinin təchizatçıları arasında aparılmış sorğudan gedir. Belə ki, analitik çox zaman şirkətin planları barəsində faydalı məlumatları məhz təchizatçılardan əldə edir. Beləliklə analitik qeyd edib ki, USB Type-C girişinə keçid öz növbəsində hardware səviyyəsində iPhone-da şarj və məlumatların ötürülmə sürətini yüksəldəcək. Lakin final göstəricilər iOS dəstəyindən asılı olacaqlar. Apple şirkətinin iPhone-larda Lightning girişini USB Type-C ilə əvəz etmə planı barəsində məlumatlar artıq bir neçə ildir ki, ortaya çıxır.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, şirkət son iPad modellərinə USB Type-C girişini əlavə etməklə özünün Lightning girişindən müəyyən səviyyədə imtina etdi. Bununla yanaşı Mac kompüterlərində də Thunderbolt interfeysli USB Type-C-dən istifadə edilir. Apple şirkətinə əlavə təzyiqi həmçinin Avropa Birliyi göstərir. Belə ki, Avropa Birliyi öz regionunda bəzi istisna cihazları çıxmaq şərtilə satılacaq digər bütün elektron cihazlarda vahid şarj girişinin istifadəsini reallaşdırmağı planlaşdırır və söhbət, USB Type-C-dən gedir. Belə bir ehtimal da səsləndirilmişdi ki, Apple bacardığı qədər uzun müddət ərzində iPhone-larda Lightning girişini qoruyub saxlayacaq və onu bu girişdən məhrum etmək əvəzinə ümumiyyətlə iPhone-larda şarj prosesi ilə məlumatların ötürülməsi prosesini yalnız naqilsiz texnologiyaya keçirdəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button