2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb

Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə baxıb.

Hakim Murad Məmmədovun sədrlik etdiyi prosesdə Anar Məmmədov vəsatət verərək şikayətin icraata qəbul olunmamasını xahiş edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Meydan TV-yə Anar Məmmədovun özü verib.

M.Qurbanova şikayətində “criminal.az” saytında dərc edilmiş yazıda “Lombard Məlahət” kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib.

“Yazıda Məlahət Qurbanovanı nüfuzdan salacaq heç bir ifadə, yəni diffamativ hesab edilən ifadə göstərilməyib. Həmin ifadənin xüsusi ittihamçı tərəfindən nə üçün böhtan və təhqir hesab edilməsini əsaslandırmayıb. İşin mübahisə edilməyən halı xüsusi ittihamçının adının Məlahət olması və “Məlahət” MMC-nin direktoru olması, peşəkar lombard fəaliyyəti ilə məşğul olması mübahisəsizdir. Ona görə də, o cəmiyyətdə “Lombard Məlahət” kimi tanınır”, – Anar Məmmədov deyir.

Baş redaktor məhkəmədə bildirib ki, lombard və Məlahət sözü ayrılıqda və birlikdə işlədildikdə nüfuzdansalıcı məlumat kimi xarakterizə edilə bilməz. Çünki lombard qanunla qadağan olunmayan fəaliyyət sahəsidir. Buna görə də, xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan və xüsusi ittiham qaydasında şikayət qanunvericiliyə uyğun tərtib edilmədiyindən icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir.

Məhkəmədə şikayətçinin vəkili qeyd edib ki, hüquqlarını müdafiə etdiyi M.Qurbanova lombard fəaliyyəti ilə məşğul olmur. Onun “criminal.az” saytında “Lombard Məlahət” kimi təqdim edilməsi təhqirdir. Vəkil bundan başqa məhkəmənin diqqətinə çatdırıb ki, A.Məmmədov 5 il 6 ay şərti cəza alıb və xususi ittiham qaydasında verdiyi şikayət onun məsuliyyətinin daha ağır olmasına səbəb olmalıdır.

A.Məmmədov isə məhkəməyə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olmasını sübut edən sənədləri, o cümlədən onun bir müddət əvvəl lombarda borcu olan Qarabağ qazisi Bəhlul Həsənovu tutdurmasını təsdiqləyən məhkəmə hökmünü təqdim edib.

Müşavirəyə gedən məhkəmə az sonra qərarını elan edib. Hakim M.Məmmədov M.Qurbanovanın verdiyi şikayətin rədd edildiyini elan edib.

Məlahət Qurbanova Anar Məmmədova qarşı Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumat yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button