2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə fəal Möhyəddin Orucovun həbs müddətini uzadıb

Bakının Suraxanı Rayon Məhkəməsi “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun ilkin həbs müddətini daha 2 ay uzadıb. Məhkəmə fəalın səhhətindəki problemləri nəzərə almayıb, – onun yaxınları bildiriblər.

Onların sözlərinə görə, 2023-cü ilin oktyabrında inzibati həbs zamanı Orucov işgəncələrə məruz qalıb, bundan sonra böyrəklərində problem yaranıb.

Azad edildikdən sonra ona müalicə təyin edilib, lakin yeni həbs səbəbilə müalicə dayandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda böyrəklərdə ağrı artıb, lakin Orucovu hətta Penitensiar Xidmətin tibb müəssisəsinə yerləşdirməkdən imtina edirlər.

Həbs müddətinin uzadılması barədə qərardan şikayət veriləcək. 

*Orucov 13 dekabr 2023-cü ildə külli miqdarda narkotik maddə alveri ittihamı ilə həbs edilib (Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi). Daha öncə, 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.

Möhyəddin Orucov azad edildikdən sonra bildirib ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin tənqididir. O həmçinin polisdə döyülməyə və qeyri-insani rəftara məruz qalmasından şikayətlənib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button