2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Qubad İbadoğlunu tibb müəssisəsinə köçürməkdən imtina edib

Bakı/19.12.23/Turan: Dekabrın 19-da Nərimanov Rayon Məhkəməsi həbsdə olan müxalifətçi iqtisadçı Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə vəsatəti təmin etməyib, vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibb İdarəsinin nümayəndəsi bildirib ki, Qubad İbadoğlunun səhhəti normaldır və tibb müəssisəsinə köçürməyə ehtiyac yoxdur.

Qubad İbadoğlu məhkəmədə iştirak edib və səhhətilə bağlı xüsusi nüansları məhkəmənin diqqətinə çatdırıb. “O dedi ki, müalicəyə ehtiyacı var, davamlı həkimə ehtiyacı var. Həkimlər onu İstintaq Təcridxanasında müalicə edə bilmirlər. Ciddi müalicə üçün xəstəxanaya köçürülməlidir. Ancaq Baş Tibb İdarəsinin nümayəndəsi bununla razılaşmayıb”, – vəkil deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu il iyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Bu il iyulun 24-də Nərimanov rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlunun 3 ay 26 gün müddətinə həbsinə dair qərar qəbul edib.

O, saxta pulların satılmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılmasında (167-3.1-ci maddə)  ittiham olunub.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Qubad İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə bağlı əməliyyat çərçivəsində saxlanılıb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.-03-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button