2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə yanvarın 30-da Bakıda “II Beynəlxalq Məmməd Əmin Rəsulzadə qiraətləri” konfransı keçiriləcək.

Konfrans Rəsulzadənin ideya irsinin, siyasətçi, jurnalist, publisist, yazıçı, mütəfəkkir və alim kimi çoxşaxəli fəaliyyətinin tədqiqinə həsr olunub.

Tədbirin təşkilatçıları “Məmməd Əmin Rəsulzadənin Ev Muzeyi” ictimai qrupu, Milli Azərbaycan Tarixi Muzeyi və bir sıra digər təşkilatlardır.

Saytların yığılması Saytlarin yigilmasi

Konfrans Holiday.Inn otelində keçiriləcək. Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Almaniya, Rusiya, Fransa, İran və İsveçin elmi dairələrinin nümayəndələri də çıxış edəcəklər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button