2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Mərkəzi Bankdan manatla bağlı daha bir təklif

“Daxili və xarici borclarla bağlı vəsaitlərin bazara daxil olması məhdudlaşa bilər”


“Daxili və xarici borclarla bağlı vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır”. “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indi qarşıda duran əsas problemlərdən biri borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ibarətdir: “Bu istiqamətdə bizim təkliflərimiz var. Bu məsələ baş nazirin yanında müzakirə olunub. Biz düşünürük ki, keçid dövründə manevr etməklə həm daxili, həm də xarici borclara görə vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki belə olan şəraitdə manatın məzənnəsinə əlavə təzyiq yaranır və manatın ucuzlaşmasına səbəb olur. Manatın ucuzlaşmasının isə sosial-iqtisadi nəticələrini yaxşı bilirik”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button