2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Mərkəzi Bankın “dollar limiti”nə dair qərarı qiymətlərə necə təsir edəcək?

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədən kənara valyuta çıxarılmasına limit qoyulması ilə bağlı açıqlama yayıb. 

Bu gündən Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılmasında yeni qaydalar qüvvəyə minib.

Yeniliyə görə, bundan sonra xaricə pulköçürmələrində tətbiq edilən limit azaldılıb. Belə ki, indiyə qədər bir fiziki şəxs hesab açmadan və şəxsi məqsədlər üçün 10 min dollar məbləğində pul çıxara bilərdi. Bunun üçün bəyənnamə təqdim etməli idi.

Saytların yığılması Saytlarin yigilmasi

Ay ərzində 50 min dollar çıxaranda isə deklarasiya təqdim edilməli idi. Yeni qaydaya görə, aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 ABŞ dolları, ay ərzində isə cəmi 10000 dollar çıxarılmasına icazə verilir.

Ekspertlər hesab edirlər ki, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması idxal olunan məhsulların ölkəyə gətirilməsində problemlər yaradacaq.

24saat.org  xəbər verir ki, maliyyə eksperti Ramin Rəhimov Fins.az-a açıqlamasında bildirib ki, AMB-nin bu addımı investisiya portfelinin qarşısını almaq məqsədi daşıyır. Bununla manatın möhkəmlənməsinə nail olmağa çalışılır.

Ekspert bununla xaricdən gətirilən istehlak məhsullarının qiymətində bahalaşma olacağını da istisna etməyib: “Xaricə valyuta çıxarılmasına tətbiq edilən limitin azaldılması Türkiyə və Çindən nağd formada ödəniş edib mal gətirən iş adamlarının işini çətinləşdirəcək.

Onlar çox hallarda ya özləri gedib mal gətirir, ya da nağd pul yollayırlar və mallarını geri alırlar. İndi həmin limitin azaldılması bu insanların işini çətinləşdirir. Bu da onların gətirdiyi məhsulların bahalaşmasına səbəb olacaq”.

Qeyd edək ki, biznes sahibləri Türkiyə və Çindən əsasən geyim, məişətdə istifadə edilən gündəlik tələbat malları, eləcə də elektrik malları gətirirlər. R.Rəhimov hesab edir ki, limitin azaldılması və bazarda xarici valyutanın, ən əsası ABŞ dollarının satışında ciddi maneələrin yaranması iş adamları və vətəndaşlar arasında təşvişə səbəb olacaq.

“Rəsmi qaydada ölkədən pul çıxara bilməyən şəxslər əyri yollara əl atacaqlar. Bu da “qara bazar”ın genişlənməsinə şərait yaradacaq. Ona görə də indiki şəraitdə belə bir qərarın verilməsi dorğu addım deyildi”, – deyə ekspert bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button