2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Məşhur rejissor Daryuş Mehrcui və həyat yoldaşı bıçaqlanaraq öldürülüb

class=”mediyanet-inline-adv”>

İranın Əlborz əyalətinin Kərəc şəhərində 83 yaşlı məşhur iranlı rejissor Daryuş Mehrcuyi və həyat yoldaşı, ssenarist-geyim dizayneri Vahide Mohammadifarın evlərində bıçaqlanaraq öldürüldüyü açıqlanıb. Əlborz Əyalətinin Polis rəisi Həmid Hedavənd hadisə ilə bağlı verdiyi açıqlamada, “Dünən gecə Daryuş Mehrcuyi və həyat yoldaşı Vahide Mohammadifarın evlərində öldürüldüyü xəbərini qızları bizə çatdırdı. “Polis müəyyən edib ki, qətl bir şəxs və ya şəxsiyyəti hələ müəyyən edilməyən şəxslər tərəfindən boyun və bədən hissələrinə endirdiyi zərbələr nəticəsində baş verib. Hedavənd hadisənin təfərrüatlarını araşdırmaq üçün ekspert qrupunun yaradıldığını və qatillərin tutulması üçün lazımi təqiblərə başlanıldığını qeyd edib.

QATİLLƏRİN TAPILMASI ÜÇÜN XÜSUSİ TƏLİMATLAR

Saytların yığılması Saytlarin yigilmasi

İran hökumətinin sözçüsü Əli Bahadıri Cehromi bildirib ki, prezident İbrahim Rəisi qətlin araşdırılması üçün polis və təhlükəsizlik qüvvələrinə xüsusi göstəriş verib. Çehromi, “Prezidentimiz bu ağrılı itki ilə bağlı sənətkarın ailəsinə və ölkənin sənət ictimaiyyətinə başsağlığı verərkən, polis və təhlükəsizlik orqanlarına bu məsələnin daha ciddi və sürətlə araşdırılması və lazımi tədbirlərin görülməsi üçün xüsusi tapşırıqlar verdi. “

Gəncliyində ABŞ-da təhsil alan, daha sonra 5 il Fransada yaşayan Daryuş Mehrcui 1969-cu ildə bir kəndlinin inəyinə olan vəsvəsəsindən bəhs edən “The Cow” filmi ilə ölkə daxilində və beynəlxalq səviyyədə şöhrət qazanmışdı.

2023-10-16 16:41:43

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button