2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mətbuat Azadlığı Günündə Bayden bütün jurnalistlərin dərhal azad edilməsinə çağırıb

Cümə günü ABŞ prezidenti Co Bayden Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bəyanatla çıxış edərək, öz işini yerinə yetirdiyinə görə həbs olunan bütün jurnalistlərin “dərhal və qeyd-şərtsiz” azad edilməsinə çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Yaxın həftələrdə mətbuat azadlığının qlobal şəkildə sıxışdırılmasına, bütün dünyada jurnalistlərin qanunsuz saxlanmasına cavab olaraq tədbirlər görəcəyəm. Mən bunu milli təhlükəsizliyə ciddi təhdid elan edəcəyəm, mətbuatı sıxışdıranlara sanksiyalar və vizaların verilməsinə qadağa tətbiq edəcəyəm”, – Bayden vurğulayıb.

“Yer üzündə heç bir yerdə jurnalistika  cinayət olmamalıdır” və azad mətbuat demokratiyanın mühüm dayağıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistlər korrupsiyanı ifşa etmək, müharibələri və digər mühüm dünya hadisələrini sənədləşdirmək üçün mümkün olan hər şeyi edirlər, ictimai təhlükəsizliyə təhdidləri aşkar edirlər və cəmiyyət həyatında hərtərəfli iştirak etmək üçün zəruri informasiyanı vətəndaşlara çatdırırlar. Bəzi jurnalistlər bu işə öz həyatlarını veriblər. Digərləri ağır yaralanıb və ya azadlıqdan məhrum ediliblər”, – Bayden qeyd edib.

2023-cü il son zamanlar jurnalistlər üçün ən ölümcül il olub. Ötən il dünyada 300-dən çox jurnalist həbs edilib ki, bu da son onilliklərdə ən böyük rəqəmdir.

“Biz bütün dünyada jurnalistləri izləmək üçün casus proqramlarına qarşı mübarizədən ötrü ölkələrin koalisiyasını yaratdıq. Biz jurnalistlərə qarşı cinayətlərlə mübarizə tədbirləri həyata keçiririk, müstəqil KİV-in təhlükəsizliyini möhkəmləndiririk və bütün dünyada araşdırmaçı jurnalistlərə hüquqi dəstəyi təmin edirik “, – Bayden qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button