2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məzahir Pənahov ATƏT DTİHB missiyasını seçkilərin “şəffaflığının” təmin ediləcəyinə inandırıb

Bakı/28.12.23/Turan: Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İogan Mörfinin (Eoghan Murphy) başçılıq etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası ilə görüşüb.

 Missiya üzvləri qarşıdan gələn seçkilərə hazırlıqların gedişi, MSK sədrindən həyata keçirilən və planlaşdırılan layihələr ilə maraqlanıblar.

Öz növbəsində, Pənahov seçki hazırlıqlarının “ardıcıl və sistemli şəkildə” davam etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin qeyd edib ki, indiyədək 5-i siyasi partiyalar tərəfindən, 10-u öz təşəbbüsü ilə irəli sürülən, ümumilikdə 15 nəfərin namizədliyi irəli sürülüb.

Pənahov seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedurlarda yaxından iştiraka dəvət edib. O, seçkilərin bütün mərhələlərinin “şəffaf” olacağına inandırıb.

72 yaşlı Məzahir Pənahov 2000-ci ildən Azərbaycan MSK-nın sədridir. O, hər dəfə parlamentdə əksəriyyət təşkil edən Yeni Azərbaycan Partiyasından üzv təyin edilib.

Monitorinq missiyasının fəaliyyətinə başlaması rəsmi olaraq dekabrın 29-da keçiriləcək mətbuat konfransında elan olunacaq.

Növbədənkənar prezident seçkiləri fevralın 7-nə təyin edilib.

Müxalif Müsavat Partiyası ədalətli siyasi rəqabət üçün şərait olmadığını bəyan edərək, seçkilərdə iştirakdan imtina edib. Xalq Cəbhəsi Partiyası eyni səbəbdən seçkiləri boykot edib. 06В

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button