2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mahaçqalada Heydər Əliyevə abidə qoyulması təşəbbüsü narazılıq yaradıb

Mahaçqalada Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevə abidə qoymaq istəyirlər.

Şəhər meriyası gələcək abidənin variantları barədə sosial şəbəkələrdə sorğu aparıb. Bu sorğudan məlum olub ki, şəhər sakinləri ümumiyyətlə abidənin qoyulması əleyhinədirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertlər hesab edirlər ki, abidənin qoyulması ideyası Dağıstanın siyasi maraqları ilə bağlıdır.

Mahaçqalada Heydər Əliyevə abidə qoyulacağı barədə şayiələr hələ bu ilin yazından dolaşırdı. Meriyanın iyulun 13-də keçirdiyi rəy sorğusu bu şayiələrin həqiqət olduğunu göstərib.

Meriya teleqram kanalında bildirib ki, abidənin İmam Şamil və Maqomed Yaraqski küçələrinin kəsişməsindəki fəvvarənin yaxınlığında ucaldılması planlaşdırılıb.

Bu da qeyd olunur ki, rəy sorğusunda abidənin yalnız variantları verilmişdi, amma “əleyhinə” variantı yox idi.

Buna cavab olaraq Çernovik saytı özünün internet səhifəsində səsvermə keçirib.

17 iyula olan məlumata görə səsvermədə 14 mindən çox iştirak edən olub. Onlardan 80 faizi abidənin əleyhinə, 6 faizi isə leyhinə səs verib. Daha 7 faiz abidənin Dərbənddə qoyulmasını təklif edib. Belə ki, azərbaycanlıların yaşadığı bu şəhərdə artıq Heydər Əliyev küçəsi var.

AzadlıqRadiosu yazır ki, bu küçənin adı 2011-ci ildə guya şəhərin azərbaycanlı sakinlərinin təklifi ilə dəyişdirilib.

Dağıstanda çıxan həftəlik “Novoye delo” məcmuəsinin baş redaktoru Hacımurat Sagitov AzadlıqRadiosuna deyib ki, abidənin qoyulması təşəbbüsü nə respublika, nə də şəhər rəhbərliyindən gəlmir.

Onun sözlərinə görə məmurlar hətta bu abidənin qoyulması səbəbini belə izah edə bilmirlər.

Sagitov bildirib ki, bu, respublikadakı hökumət qurumlarının onların atdıqları addımın nəticələrini proqnozlaşdırmadıqları növbəti haldır.

Dağıstanın ictimai xadimlərindən Şamil Xadulayev heykəlin qoyulması təşəbbüsünü “səhv” adlandırıb. O hesab edir ki, respublika rəhbərliyi şəhər sakinlərinə Heydər Əliyevə abidə qoyulmasının əsaslarını izah edə bilməyib.

Onun sözlərinə görə administrasiya adamlardan abidənin postamentindəki naxış variantlarını seçməyi rica edir, amma onların belə bir abidəni istəyib-istəmədiklərini xəbər almır:

“Dağıstanlılara informasiya verin ki, adamlar başa düşsünlər: Heydər Əliyev Dağıstanda abidəsinin qoyulması üçün əlamətdar nə iş görüb. Əgər uşaqlar və turistlər soruşsalar ki, bu kimin heykəlidir, onlara nə cavab veriləcək? Kimsə istəyib və abidəni qoyub?”

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button