Gündəm
Makronun ilk səfəri Almaniyaya olacaq
Fransanın yeni seçilmiş gənc prezidenti Emmanuel Makron ilk səfərini Almaniyaya edəcək. O, bunu seçki kampaniyası zamanı da açıqlamış və ölkə ənənəsinə uyğun olaraq ilk ziyarət edəcəyi ölkənin Almaniya olacağını demişdi. Həmin ərəfədə o hətta Berlinə gedərək 16 martda Merkellə də görüşmüşdü
Xəbəri Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert də təsdiqləyib: “A.Merkel bazar ertəsi günü Fransanın yeni prezidenti Emmanuel Makronu qəbul edəcəyi üçün məmnunluq duyur.”
azadliq.info
24saat.org
Mənbə – azadliq.info