2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriKapital bazarıXəbərlər

Manatı bahalaşdıran göstərici: 28 günlük notların gəlirliliyi son 4 ilin maksimumuna çatdı

(*4*)Azərbaycan Mərkəzi Bankı (AMB) anti-inflyasiya tədbiri kimi strelizasiyanı davanm etdirməkədədir və bu gün növbəti 120 mln. manatlıq ümumi notlar dövriyyəyə buraxmaqla iqtisadiyyatdan pul yığmağı davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.azca xəbər verir ki, 10 may 2023-cü il tarixində Bakı Fond Birjasında AMB-nin hər biri 30 milyon manat həcmində 28 gün qısamüddətli (AZ2081024708 dövlət qeydiyyat nömrəli) və 84 gün tədavül müddətli notlarının (AZ2082024707 dövlət qeydiyyat nömrəli)yerləşdirilməsi üzrə hərrac keçirilib.

Uçot faiz dərəcəsinin peşinden keçirilən ikinci hərracda 28 günlük notların gəlirliliyi 6.89%-dən 7.38%-ə yüksəlib. Bu da 2019-cü ulin aprelindən bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankı mayın 3-ü uçot faiz dərəcəsini və faiz dərəcəsinin yuxarı həddini 25 baza bəndi artırdığı halda, aşağı həddi gözləniləndən daha çox – 50 baza bəndi artırıb.

04.05.2023 tarixindən etibarən etibarən belədir:

28 günlük notlar üzrə hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9 938.9400 (7.9%) manat və 9 947.0046 (6.85%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 400 000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.4676 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9,942.9247 (7.38%) manat olaraq müəyyən edilmişdir. Notların ödəmə tarixi 07.06.2023-cü ildir.

84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9 813.3822 (8.15%) manat və 9828.2400 (7.49%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,530,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9816.9788 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9822.6688 (7.74%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 02.08.2023-cü ildir.

Qeyd edək ki, notların gəlirliyinin artması şirkətlər və bankları AMB-nin notlarında investisiya etmiş olur. Belə olacağı təqdirdə real sektora verilən kreditləri risksiz sayılan AMB notlara yerləşdirməyə daha çox meyilləndirir. Nəticədə, ölkədə kreditləşmənin zəifləməsi və depozitə marağı artrır ki, inflyasiyanı cilovlamaq asanlaşır. Digər tərəfədən isə iqtisadityyatda azca effekt verən uçot faiz dərəcəsini təsirini gücləndirir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button