2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mark Libbi: Regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq

Bakı/08.12.23/Turan: ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi ölkəsinin regionda davamlı sülh üçün çalışacağını bildirib.

Yeni səfirin videomüracətində deyilir ki, ABŞ-nin Azərbaycanda 11-ci səfiri kimi fəalliyyət göstərməyə başlamağı səbirsizliklə gözləyir.

“ABŞ Xarici xidmətinin karyera üzvü kimi mənim əvvəlki xidmətlərim Brüsseldə Avropa İttifaqındakı missiyasında Polşa, Kipr, Baham adaları və İraqda olub. Mən həmçinin Vaşinqtonda illər boyu çalışmışam. Əslən ABŞ-ın Şimal Şərqindəki Nyu-İnqlənd bölgəsindənəm. Həyat yoldaşımla Bakıda yaşamağı səbirsizliklə gözləyirəm. Oğlumuz ABŞ-dadir, o, Azərbaycana səyahət edib və buranın gözəl yerlərini görmək istəyir”, səfir qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Mark Libbi vurğulayıb ki, ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə, müstəqillik əldə etdikdən sonra dəstəkləyir.

“Bu son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olmuşuq. Ümid edirəm ki, biz bu regionda olduğumuz müddətdə davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq, Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada daha da mühüm rol oynamaqda davam etdiyini görəcəyik. Burada olduğum müddətdə Bakını gəzmək, onun əzəmətli yerlərini, tarixi keçmişi olan İçəri şəhəri, Heydər Əliyev Mərkəzinin gözəl müasir memarlığını görmək şansım oldu. Mən bu yerləri daha yaxından tanımağa, daha çox yerlər görməyi və milli təamlar dadmağı arzu edirəm. Artıq, dadlı Azərbaycan dolmasını və plovunu dadmışam. Xahiş edirəm başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün. Azərbaycanı daha yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm”, səfir bildirib.-03-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button