2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

May ayında əfv sərəncamı gözlənilmir

Azərbaycanda may ayında növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər dolaşır.

Sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatla bağlı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri münasibət bildirib.

Komissiyanın üzvü, deputat Elmira Axundovanın fikrincə, böyük ehtimalla may ayında əfv sərəncamı olmayacaq: “Hələlik Əfv Komissiyasının iclasları keçilirlməyib. Buna baxmayaraq, əfv sərəncamının verilməsi birbaşa prezident İlham Əliyevin müstəsna səlahiyyətinə aid olan məsələdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da may ayında əfvin gözlənilmədiyini deyib: “Biz tədbirlər keçiririk, siyahılarımızı yeniləyirik. Gözləyək, görək nə olacaq. Amma, hələlik əfv sərəncamının veriləcəyini gözləmirik”.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı bu ilin mart ayında verilib. Prezidentin imzaladığı sərəncam 148 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Həbsdən azad edilənlər arasında tanınmış insanlar da var (Azvision).

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button