2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Maykl O’Flaerti Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı oldu

İrlandiyalı deputat Maykl O’Flaerti Dunya Miyatoviçin yerinə Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı oldu. O, yanvarın 24-də Strasburqda təşkilatın Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında bu vəzifəyə seçilib.

104 deputat O’Flaertinin, 70 deputat Meglen Kunevanın (Bolqarıstan), 37 deputat Manfred Novakın (Avstriya) lehinə səs verib.

 O’Flaerti aprelin 1-dən etibarən 6 il ərzində komissar səlahiyyətlərini icra edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

O, Avropa İttifaqının fundamental hüquqlar üzrə Agentliyinə rəhbərlik edirdi, buna qədər isə İrlandiya Milli Universiteti yanında İnsan Hüquqları Mərkəzinin direktoru olub.

İnsan hüquqları üzrə komissar 1999-cu ildə Avropa Şurası tərəfindən təşkilatın üzvü olan 46 dövlətdə insan hüquqları haqqında məlumatlılıq səviyyəsinin artırılması və onlara hörmətin təmin edilməsi üçün yaradılmış müstəqil və qərəzsiz institutdur. Komissar bərpa olunmayan 6 illik müddət üçün seçilir.

Komissar hökumətlər və vətəndaş cəmiyyətləri ilə dialoqda iştirak etmək və onun sahəsinə və ya mandatına daxil olan məsələlərə dair hesabatlar hazırlamaq üçün müntəzəm olaraq üzv dövlətlərə səfər edir.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button