Arda Güler "Real Madrid"də ayın oyunçusu seçildi
Madrid "Real"ında göstərdiyi uğurlu oyunla adından söz etdirən Türkiyəli ulduz Arda Güler, azarkeşlərin səsverməsi nəticəsində "Real Madrid"də oktyabr ayının ən yaxşı oyunçusu seçilib. Bu mövsüm 13 matçda 3 qol və 5 asistlə yadda qalan 20 yaşlı oyunçunun komandanın ulduzu Mbappe ilə olan uyumu diqqət çəkir.
Mbappe: "Arda ilə uyumumuz məni təəccübləndirmədi"
"Real Madrid"in ulduzu Kilian Mbappe, Arda Güler ilə meydanda qurduqları anlaşmanın onu təəccübləndirmədiyini bildirib. "Real Madrid"in fransız ulduzu Kilian Mbappe, ötən mövsüm La Liqada vurduğu 31 qolla qazandığı "Avropa Qızıl Butsi" mükafatını təntənəli mərasimdə alıb.
"Avropa Qızıl Butsi" mükafatını qazanan Kilian Mbappe, Marca nəşrinə müsahibəsində komanda yoldaşı Arda Güler haqqında fikirlərini bölüşüb. Fransalı ulduz qeyd edib: "O, çox istedadlı və gənc oyunçudur. Yaşı az olsa da, komandaya kömək etməyə hazırdır. Yaşına görə mövsümə təsirli bir başlanğıc edib. Azarkeşlərin sevdiyi sehrli toxunuşa sahibdir. Ümid edirəm ki, bu cür davam edəcək, çünki o, bizim üçün çox önəmli ola bilər və onunla birlikdə oynamaqdan məmnunam".

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz