Siyasət
MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb
![MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb](https://www.az24saat.org/wp-content/uploads/2023/06/MDB-olkələrinin-Sərhəd-Qosunlari-Komandanlari-Surasinin-Bakida-kecirilən-iclasinin-yekunlari-780x452.jpg)
Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb.
“Report” xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib.
“Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, – o deyib.
A.Manilov qeyd edib ki, əsas sənəd Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyəti əks etdirir.
Mənbə:Report